Qadına təzyiq göstərib, saçını qırxan şəxs saxlanıldı - VİDEO
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə naməlum şəxsin Pərvanə adlı qadına şiddət və təhqir dolu hərəkətlər edərək saçının qırxdığını əks etdirən görüntüləri yayılıb.
Məsələ barəsində Patrulaz.az-ın sorğuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:
“Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.
Xatırladaq ki, hadisə zamanı sözügedən şəxs qadına təzyiq göstərərək paylaşdığı videonu silməsini tələb edib.
Faktla bağlı araşdırmalar aparılır.






