media-retouch_2025070913445801

Günümüzün aktual mövzularından biri də qadınların təbii doğuşdan qaçmasıdır. Müasir dövrdə bir çox ana təbii doğuşdan imtina edib qeysəriyyə əməliyyatına üstünlük verir.

Statistika göstərir ki, son beş il ərzində qeysəriyyə əməliyyatlarının sayı artan xətt üzrə davam edib. Həkimlərin təbii doğuşa üstünlük verilməsi ilə bağlı çağırışlarına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayında artım tempi diqqət çəkir. Bunun yalnız zərurətdən deyil, fərqli səbəblərə görə seçilməsi, üstünlükləri ilə yanaşı, ana və uşaq sağlamlığına mənfi təsirləri müzakirə predmeti olaraq qalır.

Nə üçün qeysəriyyə əməliyyatı seçimlər arasında üstünlük təşkil edir?

Bu qərarın arxasında bir neçə psixoloji, tibbi və sosial səbəb dayanır.

Patrulaz.az bu səbəbləri sizə təqdim edir:

Qorxu və ağrıya dözümsüzlük

Təbii doğuşun ağrılı olduğu fikri hələ də geniş yayılıb. Doğuş sancılarının uzun və dözülməz olacağından qorxan bir çox qadın, daha “nəzarətli” və “təhlükəsiz” hesab etdiyi qeysəriyyəyə üstünlük verir.

“Ağrısız, planlı və sürətli” imici qeysəriyyəyə olan marağı artırır.

Qeysəriyyənin artıq “adi prosedur” sayılması

media-2022_06_22_168856_qeyseriyye

Texnologiyanın və tibbin inkişafı ilə qeysəriyyə əməliyyatı daha təhlükəsiz və uğurlu hala gəlib. Bu da qadınların onu sadə və risksiz bir çıxış yolu kimi görməsinə səbəb olur.

Planlaşdırıla bilən doğuş

media-inshot_20250709_133345136

Qeysəriyyə ilə doğuşun günü və saatı əvvəlcədən planlaşdırıla bildiyinə görə, həm ananın, həm də ailənin logistik hazırlıq görməsi asanlaşır. Bu da xüsusilə işləyən analar və uzaqdan gələn ailə üzvləri üçün cazibədar görünür.

Estetik narahatlıq

media-inshot_20250709_133623219

Bəzi qadınlar təbii doğuşun bədən quruluşuna, xüsusən də vaginal bölgəyə təsir edəcəyindən qorxur. Bu, cinsi həyat və öz bədənlərinə baxış baxımından narahatlıq yaradır.

Sosial təsirlər və “moda” faktoru

media-inshot_20250709_133820860

Bəzən ətraf mühit, sosial media, hətta məşhurların doğuş təcrübələri qeysəriyyəyə yönləndirici təsir göstərir. Qeysəriyyə doğuşu sanki daha “modern” və “nəfis” bir seçim kimi təqdim edilir.

Əvvəlki tibbi göstərişlər

media-2

Əgər qadının əvvəlki doğuşu qeysəriyyə olubsa, həkimlər çox zaman ikinci doğuşu da eyni üsulla tövsiyə edir. Həmçinin bəzi tibbi hallar (əkiz hamiləlik, dölün böyük olması, riskli vəziyyətlər və s.) qeysəriyyəni zəruri edir.

Bəs bu doğrudurmu?

media-inshot_20250709_134215177

Hər bir doğuşun öz üstünlükləri və riskləri var. Təbii doğuş, əgər hər şey normadadırsa, ana və uşaq üçün daha sürətli sağalma və daha az komplikasiya ilə nəticələnə bilər. Ancaq qeysəriyyə bəzi hallarda vacib sayılan və həyatı xilas edən bir prosedurdur.

Həkimlər nə deyir?

media-retouch_2025070913293823

Həkimlər bu mövzuya olduqca ciddi yanaşır və seçimlərin tibbi əsaslara dayanmasının vacibliyini vurğulayırlar. Hər iki doğuş növünün – təbii (vaginal) və qeysəriyyə əməliyyatının – üstünlükləri və riskləri var. Əgər ananın və körpənin sağlamlıq vəziyyəti uyğundursa, həkimlərin əksəriyyəti təbii doğuşu daha təhlükəsiz və faydalı hesab edir.

Çünki təbii doğuş olduqda ana daha tez sağalır, körpə doğum kanalından keçərkən ağciyərləri daha yaxşı açılır, ana südü daha tez gəlir və infeksiya riski az olur.

Amma hansı üsulun seçilməsi tibbi göstərişlərə əsaslanmalıdır, qorxuya, dəbə ya da şəxsi rahatlığa yox.

Ləman Sərraf


Bənzər xəbərlər