media-img_5656

Patrulaz.az xəbər verir ki, 10 sentyabr 2025-ci il tarixində, təxminən saat 22:35 radələrində paytaxtın “Ağ Şəhər” ərazisində yol hərəkəti qaydalarının kobud pozuntusu baş verib. Şahidlərin sözlərinə görə, BMW 530 markalı, 99 HS 997 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müxtəlif üsullarla yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq ətrafdakı insanların həyatını təhlükə altına atıb.

Məlumata əsasən, həmin şəxs qəfil sürəti artıraraq qarşı istiqamətdən gələn nəqliyyatın zolağına çıxıb, daha sonra isə avtomobili kəskin şəkildə fırladaraq geriyə dönüb.Şahidlər bildiriblər ki, avtomobilin təhlükəli manevrləri güclü səs-küy və toz qalxmasına səbəb olub, nəticədə ərazidəki sakinlər və digər sürücülər üçün real təhlükə yaranıb.


Bənzər xəbərlər