“Qarabağ” bu gün Avropa Liqasında SSKA ilə üz-üzə gələcək
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” növbəti avrokubok sınağına çıxacaq.
Patrul.az xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda Bolqarıstanın SSKA klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Oyunu italiyalı hakim Daniele Çiffi idarə edəcək.
Komandalar arasında cavab görüşü iyulun 30-da Sofiyada baş tutacaq.
Bu cütün qalibi III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə İsrailin “Makkabi” (Tel-Əviv) komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
23 iyul
UEFA Avropa Liqası
II təsnifat mərhələsi – ilk oyun
20:00 . “Qarabağ! (Azərbaycan) – SSKA (Bolqarıstan)
Baş hakim: Daniele Çiffi (İtaliya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.






