Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabat təqdim edəcək
Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında baş verən qəzası ilə bağlı yekun hesabatı bir neçə aydan sonra ictimaiyyətə təqdim edəcək.
Patrulaz.az xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, istintaqın təhlil mərhələsi başa çatmaq üzrədir və sənədin yekunlaşdırılması mərhələsinə keçilir:
“Təhlil mərhələsi tamamlanır, yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmaq lazımdır – bir neçə aydan sonra yekun hesabat olacaq”, – deyə Bozumbayev bildirib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus Embraer 190 sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i ölüb, 29-u sağ qalıb.






