media-6da38eaa-9153-475d-98e5-510d14eb34d8

“Ölkənin qeyri-neft sektoruna dəstəyin artırılması iqtisadiyyatın şaxələndirilməsinə və davamlı inkişafa töhfə verir. İqtisadiyyatda qeyri-neft sektorun payının artması iqtisadiyyatın möhkəmlənməsinə və xarici təsirlərdən qorunmasına yol açır. Ona görə dövlətimizin qarşısında duran vəzifələrdən biri qeyri-neft sektorunun inkişaf etdirlməsi və iqtisadiyyatın neftdən asıllığının azaltmasıdır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Azər Badamov deyib.

media-img_5577

Deputat bildirib ki, dünya bazarlarında neftin qiymətləri sabit olmur: “Eyni zamanda yeni texnologiyaların tətbiqi, yaşıl enerjidən istifadənin genişlənməsi gələcəkdə neftə olan tələabatı da azalda bilər. Digər tərəfdən isə neft resursları da əbədi deyil. Bu baxımdan qeyri-neft sektorun inkişaf etdirilməsi vacib amildir. Bunun üçün bir sıra tədbirlərin görülməsi  mühümdür. İlk növbədə müasir dövrün tələblərinə uyğun kadr potensialının hazırlanması istiqamətində addımlar genişlənməlidir. Müasir dövr yeni kadr potensialını tələb edir. Bu baxımdan universitetlər və tədris müəsisələri müasir texnologiyalara və bazar tələblərinə uyğun kadrların hazırlanmasına diqqətini artırmalıdır.
Bu gün informasiya kommunikasiyalar dövründə yaşayırıq. Ona görə də ölkənin iqtisadiyyatını rəqəmsallaşdırmaqla və yeni innovatoiv texnologiyaların inkişafına yönəltməklə qeyri-neft sektorunda daha uğurlu nəticələr nail olmaq olar. Bu baxımdan startapların inkişafı üçün vergi güzəştləri, maliyyə dəstəyi və hüquqi mühit yaxşılaşmalı, özəl-dövlət əməkdaşlıqı genişlənməlidir.
Özəl sektoda aqrar sektor xüsusilə fərqlənir. Çünki aqrar sektorun inkişafı ərzaq təhlükəsizliyin təmini və ixrac potensialının artırılması baxımından vacibdir. Bu gün kənd təsərrüfatının inkişafında müasir innovatoiv tətbiqlərdən istifadə edilmədən uğur qazanmaq mümkün deyil. Bu baxımdan arqrar sektor intensiv istehsal üsullarına keçməli və orta məhsulldarılığın artması istiqamətində tədbirləri davam etdirilməlidir. Beləliklə ölkənin daxili bazarının idxaldan asıllığının azaldılması məsələsi həll olunmalı və ixrac bazarların şaxələndirlməsi istiqamətində tədbirlər görülməlidir. Ənənəvi bazarlardan asıllıq qeyri-neft sektorunda müəyyən çətinliklər yaradır. Ona görə də ixrac bazarları şaxələndirməklə qeyri-neft məhsullarının çeşidli istehsalını və ixracının təşkili istiqamətində sahibkarlıq siubyektlərinə dövlətin dəstək proqramnları genişlənməlidir.
Regionların inkişafı ilə bağlı proqramlar davam etdirilməli, investisiyaların yerləşdirilməsi ilə regionların iqtisadi fəallığı artırılmalıdır. Regionlarda iqtisadi fəallığın artması ölkədə işsizliyin azalmasına və qeyri-neft sektorda daha böyük nəticələrə nail olunmasına yol açar.
Dövlət ölkədə qeyri-neft sektorun inkişafı ilə bağlı bir çox dəstək proqramları həyata keçirir. İnvestisiyanın və ixracın təşviqi proqramlarının tətbiqi, müəyyən vergi və gömrük güzəştlərdən yararlanmaq imkanların artması, son illərdə özəl sektorun inkişafına yol açmışıdır. Hesab edirəm ki, özəl sektora dəstək proqramların əhatə dairəsi daha da genişlənməlidir. Çünki bu gün müəyyən güzəştlərlə ərsəyə gələcək biznes sahələrinin sabah dövlət büdcəsinin formalaşmnasında rolu artacaqdır. Bəli, dövlət büdcəsinin neftdən asılığının aradan qaldırılması üçün özəl sektor genişlənməli və qeyri neft sektorun potensialının reallaşdırılması istiqamətində addımlar artırılmalıdır. Bu tədbirlərin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun güclənməsinə, daha dayanıqlı və şaxələnmiş bir iqtisadiyyata sahib olmasına kömək edər”.


Bənzər xəbərlər