media-inshot_20250923_090918759

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində keçirilən konfransda çıxışı zamanı mikrafon söndürülüb.

Patrulaz.az “Heberler.com”a istinadən xəbər verir ki, hadisə Fələstin məsələsinin həllinin tapılması və iki dövlətli həllin həyata keçirilməsi” adlı Yüksək Səviyyəli Beynəlxalq Konfransda Ərdoğanın İsrailin Qəzzada törətdiyi soyqırımını pisləyən sərt bəyanatla çıxışı zamanı baş verib.

Prezidentin çıxışının son 1 dəqiqə 40 saniyəsi kəsintiyə görə dinlənməyib.

Rabitə İdarəsi məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Bəyanatda çıxış edənlərə 5 dəqiqə vaxt verildiyi, bu səbəbdən mikrofonun söndürüldüyü, başqa səbəbin olmadığı bildirilib. Buna görə də liderin çıxışı 5 dəqiqəni keçdiyi üçün söndürülüb.

Eyni şəkildə, İndoneziya prezidentinin çıxışı zamanı mikrofon da eyni şəkildə söndürülüb.

Qeyd edək ki, hadisə Türkiyə mediasında böyük narazılıqla qarşılanıb. Onlar iddia edir ki, Türkiyə liderinin Qəzzadakı itkilərlə bağlı İsrailə qarşı olan çıxışı zamanı mikrafon qəsdən söndürülüb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər