media-inshot_20251006_075036106

Qırğızıstanda 5,4 bal gücündə zəlzələ baş verib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, 6 oktyabrın səhər saatlarında Qırğızıstanda qeydə alınan yeraltı təkanlar Talas bölgəsində, Talas şəhərindən təxminən 91 kilometr (56 mil) məsafədə hiss olunub.

Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilir. Hadisə nəticəsində çox sayda insan yeraltı təkanları hiss edib.

Hazırda dağıntı və ya xəsarət alanlarla bağlı məlumat verilmir.


Bənzər xəbərlər