Qırmızı planetin mərkəzindəki sirr açıldı: "Mars bir zamanlar Yer kimi..."
NASA-nın “InSight” missiyası Marsın daxili quruluşunun Yerə bənzədiyini ortaya çıxarıb.
Patrulaz.az xəbər verir ki, aparılan yeni tədqiqatlar göstərib ki, Marsın maye xarici nüvəsi möhkəm daxili nüvə ilə əhatə olunub.
Yerdə nüvədəki bərk-maye qarşılıqlı təsir maqnit sahəsini yaradır və atmosferi günəş küləklərindən qoruyur. Marsda bu gün belə bir sahə yoxdur, amma yer qabığında müşahidə edilən davamlı maqnitləşmə onun keçmişdə maqnit sahəsinə malik olduğunu göstərir. Atmosferin yox olması isə səthdəki suyun itməsinə səbəb olub.
2018-ci ildə Marsa enən “InSight” roveri nüvə haqqında ilkin məlumatlar təqdim edib. 2021-ci ildə isə “ETH Zurich” komandası nüvənin tamamilə maye olduğunu bildirmişdi. Lakin yeni analizlər Marsın təxminən 610 km radiuslu möhkəm daxili nüvəyə sahib olduğunu göstərir. Bu isə onun da Yer kimi keçmişdə maqnit sahəsi yarada bilən dinamo sisteminə malik olması ehtimalını artırır.
Qeyd edək ki, Mars bir zamanlar Yerə bənzər daxili dinamikaya malik olub və həyat üçün əlverişli şərait yarada biləcək maqnit sahəsinə sahib olub.






