Qızıl mədəninin çökməsi nəticəsində 10 nəfər öldü
Konqo Demokratik Respublikasında qızıl mədəninin çökməsi nəticəsində 10 nəfərin öldüyü bildirilir.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətində qızıl mədəninin çökməsi nəticəsində 10 nəfər ölüb. Cənubi Kivu qubernatoru Duqlas Dunia Masumbuko, Kabare rayonundakı Luhihi mədəninin çökməsi nəticəsində 10 nəfərin öldüyünü və yaralananların sayı nəzərə alınaraq ölənlərin sayının arta biləcəyini söylədi. Qəzanın iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətdən qaynaqlandığını bildirən Masumbuko, qəzaya bölgədəki nəzarətsiz tikinti işlərinin və qızıl quyularının lazımi səviyyədə baxımının da səbəb olduğunu vurğulayıb.