media-df413fe0-5448-4172-86ba-a7896982ceef

Türkiyədə pul qarşılığında fal açan qadına həbs cəzası verildi.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, ağır fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə axtarılan və barəsində qırmızı bülleten çıxarılan Ebru T., əlavə olaraq pulla falçılıq etdiyi üçün 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İstanbul Anadolu 44-cü Asliye Cəza Məhkəməsi Ebru T.-ni 1925-ci ildən qüvvədə olan 677 saylı qanuna əsasən təqsirli bilib və hökmün elanını təxirə salmayaraq həbs qərarı çıxarıb. İttiham aktında Ebru T.-nin hesabında “fal”, “oxumaq haqqı”, “fal haqqı” qeydləri ilə pul əməliyyatlarının yer aldığı qeyd olunub.

Zərərçəkmişin vəkili Burak Temizer bildirib: “MASAK hesabatını araşdırdığımız zaman Ebru T.-nin hesabında mütəmadi olaraq falçılıqla bağlı pul əməliyyatlarının həyata keçirildiyini müəyyən etdik. Bu da əlavə cinayət faktı kimi təqdim edildi”.

Qeyd edək ki, Ebru T. eyni zamanda ağır fırıldaqçılıq və cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması ittihamları ilə 10 il 6 ay həbs cəzası alıb və beynəlxalq axtarışdadır. Türkiyədə falçılıq fəaliyyəti 677 saylı qanunla qadağan olunub və bu qanuna əsasən falçılıq etmək 3 aydan başlayaraq həbs cəzası ilə cəzalandırılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər