Tramp: “Krım Rusiyada qalacaq, bunu Zelenski də anlayır”
ABŞ Prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqını reallıq kimi dəyərləndirib və bu mövqeyin Ukrayna rəhbərliyi tərəfindən də qəbul edildiyini bildirib.
Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Krımın Rusiyanın tərkibində qalması artıq mübahisə mövzusu deyil: “Krım Rusiyanın yanında qalacaq. Zelenski də bunu anlayır”.
Tramp həmçinin qeyd edib ki, Krımın uzun illərdir faktiki olaraq Rusiyanın nəzarətində olduğunu hamı başa düşür: “Orada əhalinin əksəriyyəti rus dilində danışır”, – deyə əlavə edib.
Müsahibə zamanı sabiq prezidentdən Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Zaporojye və Xerson vilayətlərinin statusu ilə bağlı mövqeyi soruşulsa da, Tramp cavab verməkdən yayınaraq bildirib: “Biz yalnız Krım haqqında danışmalıyıq, çünki bu, həmişə xatırlanır”.
Qeyd edək ki, 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımın statusu beynəlxalq hüquq baxımından Ukraynaya məxsus hesab edilir və ABŞ da daxil olmaqla, bir çox Qərb ölkələri bu addımı qeyri-qanuni sayır.
Gülbəniz Səfərova