media-inshot_20251023_194010822

İsrailin maliyyə naziri Bezalel Smotrich Səudiyyə Ərəbistanının münasibətləri Fələstin dövlətinin yaradılması şərti ilə normallaşdırmaq təklifini rədd edib.

Patrulaz.az yerli KİV-ə istinadla xəbər verir ki, Bezalel Smotrich Səudiyyə Ərəbistanı hökumətinə əvvəlcə sərt sözlər işlədib, daha sonra isə üzr istəyib.

“Əgər Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılması müqabilində normallaşmadan danışırsa, onda ‘yox’ – təşəkkür edirəm”,- deyə o, çıxışının əvvəlində bildirib.

Həmçinin o, Səudiyyə Ərəbistanın ünvanına belə fikir səsləndirib:

“Qoy onlar dəvə sürməyə davam etsinlər, biz isə inkişaf etməyə davam edəcəyik”, – deyə Smotrich bildirib.

Onun bu fikirləri bir sıra müxalifət liderləri tərəfindən pislənilib. Daha sonra İfrat sağçı Dini Sionizm Partiyasının lideri bir neçə saat sonra videolu açıqlama verərək üzr istəyib:

“Mənim Səudiyyə Ərəbistanı ilə bağlı şərhim tamamilə yersiz idi və səbəb olduğu təhqirə görə üzr istəyirəm. Eyni zamanda Səudiyyəlilərdən bizə zərər verməmələrini, irsimizə, ənənələrimizə və Yəhudi xalqının Yəhudeya və Samariyadakı tarixi vətənlərinə olan hüquqlarını inkar etməmələrini və bizimlə əsl sülhün bərqərar olmasını gözləyirəm”.

media-f250929obh105-640x400
Bezalel Smotrich

 

Gülbəniz Səfərova


Bənzər xəbərlər