"Qoyun" sözünü işlədən qadın məhkəmə tərəfindən cərimələndi
Rusiyada qadın ona “qoyun” sözünü deyən adamdan 20 min rubl təzminat alıb.
Patrulaz.az xəbər verir ki, Rusiyanın Perm vilayətində yerli sakinlər arasında mübahisə zamanı biri digərinə “qoyun” deyib.
Məsələ ilə bağlı qadın məhkəməyə müraciət edərək qarşı tərəfdən 20 min rubl təzminat tələb edib. Məhkəmə ilkin olaraq iddianı rədd etsə də, qadın apellyasiya şikayəti verib və qalib gəlib. Qərara əsasən, mübahisə zamanı istifadə edilən “qoyun” sözü şərəf və ləyaqətin alçaldılması hesab olunub.
Qeyd edək ki, cinayətkar tələb olunan məbləği könüllü şəkildə ödəməkdən imtina edib. Nəticədə, məhkəmə icraçıları onun bank hesablarında olan vəsaiti müsadirə ediblər.
Gülbəniz Səfərova






