Quba Bələdiyyəsi ekologiyanın məhv olmasına göz yumur – VİDEO
Qubanın Barlı kəndi aktiv yaşayış ərazisi olmasına baxmayaraq, ərazisi tullantılardan təmizlənmir və bu hal sakinləri son dərəcə narahat edir.
Patrulaz.az-ın məlumatına görə, kəndin bu hala gəlməsinin səbəbi də zibillər üçün xüsusi ayrılmış heç bir vasitə və məkanın olmamasıdır. Kənd sakinləri bildirir ki, dəfələrlə bu məsələ ilə bağlı adiyyatı qurumlara müraciətlər olunsa, media tərəfindən işıqlandırılsa da, heç bir tədbir görülməyib və kənd ərazisi günü-gündən daha bərbad hala düşür.
Kənd sakinləri məsələ ilə bağlı adiyyatı qurumların tədbir görməsini gözləyirlər.