Quterreş və Tatardan Cenevrə mesajları
BMT-nin baş katibi Antonio Quterreş və KKTC prezidenti Ersin Tatar Cenevrə danışıqları ilə bağlı açıqlama veriblər.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Cenevrə danışıqlarının konstruktiv keçdiyini bildirib: “Hər iki tərəf Kipr danışıqlarında irəliləyiş əldə etmək öhdəliyini nümayiş etdirdi”.
KKTC prezidenti Ersin Tatar isə danışıqların qənaətbəxş keçdiyini qeyd edib.
Tatar görüşün eyni formatda və qeyri-rəsmi olacağını, hər iki tərəfin razılığı alınarsa, BMT nümayəndəsinin yenidən Kiprə təyin ediləcəyini deyib.