Ramin Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun 27 yanvar tarixində Göygöl şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Komitədən Patrulaz.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri yanvarın 30-da Gəncə, Naftalan şəhərləri, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarından olan vətəndaşları qəbul edəcək:
“Qəbul saat 11:00-da Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında (ünvan: Göygöl şəhəri, Azay Kazımov küç.1a) keçiriləcək. Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinə (Əlaqə vasitələri: (022) 266 91 14, (055) 218 52 95, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur”.






