media-inshot_20251205_141630647

Son vaxtlar sosial şəbəkələrdə restoran və kafelərdə gizli şəkildə çəkilmiş görüntülərin yayılması geniş müzakirələrə səbəb olur. İctimai iaşə məkanlarında müştərilərin xəbəri olmadan vieo çəkilməsi həm şəxsi həyatın gizliliyinə müdaxilə kimi qiymətləndirilir, həm də hüquqi baxımdan ciddi suallar yaradır. Restoran və kafelərdə çəkilən gizli videoların sosial şəbəkələrdə yayılması hansı qanun pozuntusuna daxildir və buna görə cərimə və ya cinayət məsuliyyəti nəzərdə tutulurmu?

Bu barədə Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, şəxsin razılığı olmadan görüntüsünün çəkilməsi və yayılması qanunla qadağandır:

“Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ təsbit edilib və öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci – şəxsi toxunulmazlıq hüququnu müəyyən edən maddəsində təsbit edilib.

Həmçinin bu maddənin tələbinə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Beləliklə, şəxsin razılığı olmadan sosial şəbəkədə foto və ya video formasında şəxsi görüntüsünün paylaşılması bu baxımdan yolverilməzdir”.

media-img-20251205-wa0013

Vəkil vurğulayıb ki, şəxsi məlumatların icazəsiz yayılması Cinayət Məcəlləsinə əsasən cəza ilə nəticələnir:

“Cinayət Məcəlləsinin 156-cı maddəsində isə şəxsi həyata toxunulmazlığını pozulmasına görə məsuliyyət müəyyən edir. Bu maddəyə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılmasına yol verən şəxslər 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, yaxud məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər