Restoranlara xərclər artıb? - Ekspert vergi nəzarətini səbəb göstərdi
Son günlər ölkədə restoranlara xərclənən vəsaitin artımı müşahidə olunur.
Bəs bunun səbəbləri nələrdir?
İqtisadçı ekspert Əkrəm Həsənov bu barədə Patrul.az-a açıqlamasında bildirib ki, məbləğ artmayıb, sadəcə restoranlar gəlirlərini göstərməyə məcburdur:

“Hesab etmirəm ki, əslində o məbləğ artıb; sadəcə vergi inzibatçılığı güclənib, nəzarət artırılıb. Buna görə də restoranlar məcbur olublar ki, öz gəlirlərini olduğu kimi göstərsinlər”.
Cəmilə Cəfərzadə






