media-inshot_20260223_160049993

Son illər restoran və kafelərdə müştərilərə təqdim olunan xidmətlərin çeşidi genişlənib. Pulsuz Wi-Fi, rahat iş mühiti, uşaq guşələri və hətta telefonların şarj edilməsi üçün xüsusi priz və ya USB portların quraşdırılması artıq bir çox məkanlarda adi hal alıb. Xüsusilə uzun müddət məkanda vaxt keçirən və ya onlayn işləyən müştərilər üçün telefonun enerjisinin bitməsi ciddi problem yarada bilir.

Bəzi obyektlər bu xidməti əlavə komfort elementi kimi pulsuz təqdim etsə də, digərlərində müəyyən məhdudiyyətlər və ya ödəniş tələbi məsələsi müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkələrdə istifadəçilər arasında “telefonu şarj etdirməyə görə ayrıca ödəniş alınmalıdırmı?” sualı ətrafında fərqli fikirlər səsləndirilir.

Bəs restoranlar müştərilərin telefonlarını şarj etməsinə görə həqiqətən pul istəyirmi?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, restoranlarda telefon şarjına görə ödəniş tələb olunması məkanın siyasətindən asılıdır və bu xidmət müştərilər üçün məcburi deyil:

media-inshot_20260223_160123722

“Bəzi restoranlar müştərilərin telefonlarını şarj etməsinə görə əlavə pul tələb edə bilirlər, amma bu ümumi hal deyil. Adətən bu, ya xüsusi şarj cihazları və ya stansiyalar təmin edən yerlərdə, ya da xidmət paketinin bir hissəsi kimi təqdim olunur. Çox vaxt isə müştərilər sadəcə öz kabellərindən istifadə edərək pulsuz şarj edə bilirlər. Qiymət tələb olunub‑olunmaması restoranın siyasətindən və xidmətdən asılıdır. Müştərilərə də bu məcburi deyil, istəsələr özləri ilə poverbank daşıya, mənzullarında və ya başqa yerlərdə telefonlarını şarj edə bilərlər. Yəqin tələbat var ki, xidmət yaranır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər