media-1b89885d-29a1-4d0c-8b95-0b8704f37fcf

Patrul.az-a daxil olan şikayətdə vətəndaşlar bildirirlər ki, Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 yaşayış kompleksinin sakinləri park ərazisində fəaliyyət göstərən çayxanadan yayılan səs-küyün onların gündəlik həyatını ciddi şəkildə pozduğunu deyirlər.

Sakinlərin sözlərinə görə, demək olar ki, hər gün gecə saat 03:00-a qədər çayxanada yüksək səslə söhbətlər edilir, dava-dalaş baş verir və nalayiq ifadələr səsləndirilir. Onlar qeyd edirlər ki, bu səbəbdən gecə saatlarında mənzillərdə istirahət etmək mümkün olmur.

Bundan əlavə, sakinlər səhər saatlarında çayxanada istifadə olunan samovarın tüstüsünün və yüksək səslə səsləndirilən musiqinin də narahatlıq yaratdığını bildirirlər. Onların sözlərinə görə, yaranmış vəziyyət uzun müddətdir davam edir və problem hələ də həllini tapmayıb.

Sakinlər aidiyyəti qurumlardan məsələni araşdırmağı, yaşayış məntəqəsində ictimai asayişin və sakinlərin rahatlığının təmin olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

Qeyd edək ki, bu məlumat sakinlərin müraciəti əsasında hazırlanıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Bənzər xəbərlər