“Rosh Life” adı ilə tanınan məşhur bloqer Rövşən Əhmədovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Rövşən Əhmədov Patrulaz.az-a açıqlama verərək bildirib ki, onun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Eyni zamanda bloqer məlumatları yaymadan öncə dəqiqləşdirməyi, onunla bağlı dezinformasiyalar yaymamağı bildirib.

Qeyd edək ki, məşhur bloqerlə bağlı sözügedən məlumatı ötən gün “Zevs” adı ilə tanınan yutuber öz kanalında yayımladığı videoda deyib.


Bənzər xəbərlər