"Rusiya bir gündə 970 əsgərini itirdi" - Ukrayna Qərargahı
“Rusiya bir gündə 970 əsgərini itirdi”.
Patrulaz.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilib.
Ukrayna Rusiya ordusunun son sutkadakı itkiləri barədə yaydığı məlumata görə, Rusiya 1 gün ərzində insan itkisi ilə yanaşı, 27 artilleriya sistemi və 4 tankını da itirib.
Ümumilikdə, 2022-ci il fevralın 24-də başlayan müharibədən 2025-ci il sentyabrın 30-dək Rusiya ordusunun itkiləri belə olub:
şəxsi heyət – təxminən 1 110 560 nəfər (+970);
tanklar – 11 222 ədəd (+4);
zirehli döyüş maşınları – 23 291 ədəd (+1);
artilleriya sistemləri – 33 311 ədəd (+27);
MLRS – 1 505 vahid (+1);
hava hücumundan müdafiə vasitələri – 1 224 ədəd (0);
təyyarələr – 427 (0);
helikopterlər – 346 (+1);
əməliyyat-taktiki PUA-lar – 65 303 (+301);
qanadlı raketlər – 3 790 (0);
gəmilər / qayıqlar – 28 (0);
sualtı qayıqlar – 1 (0);
avtomobil avadanlığı və yük maşınları – 63 241 (+90);
xüsusi avadanlıq – 3 979 (0).
Gülbəniz Səfərova






