media-img_6810

Rusiya məhkəməsi Kursk vilayətində Ukrayna ordusunun tərəfində vuruşan britaniyalı muzdlu döyüşçünü 19 il müddətinə azadlıqdan məhrum edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsindən verilən açıqlamada, 3-5 mart tarixləri arasında Kursk bölgəsində əsir düşən ingilis muzdlu döyüşçü Ceyms Skott Rhys Andersona qarşı açılan işə 2-ci Qərb Dairə Hərbi Məhkəməsində baxılıb. Açıqlamada Britaniya vətəndaşı olan 22 yaşlı Andersonun Kurskda Ukrayna ordusunun tərəfində döyüşdüyü və cinayət törətdiyi bildirilib.
Qeyd edək ki, 6 avqust 2024-cü ildə Ukrayna əsgərlərinin Rusiya ərazisi olan Kursk vilayətinə daxil olmasından sonra iki ölkə ordusu arasında başlayan qarşıdurmalar davam edir. Kurskda döyüşən ukraynalı əsgərlər arasında xarici muzdluların da olduğu bildirilir.


Bənzər xəbərlər