Rusiya: Ötən həftə Xarkov, Luqansk və Donetskdə 9 yaşayış məntəqəsini ələ keçirdik
Rusiya Müdafiə Nazirliyi ötən həftə Ukraynanın Xarkov, Luqansk və Donetsk vilayətlərində 9 yaşayış məntəqəsini ələ keçirdiklərini bildirib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada ünsürlərə qarşı yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücumların təşkil edildiyi və bu hücumların Ukraynanın kritik əhəmiyyətli qaz, enerji və hərbi sənaye elementləri, silah-sursat anbarları, hərbi hava limanı infrastrukturunu əhatə etdiyi bildirilib. İHA toplama və saxlama mərkəzləri və Ukrayna PUA-larının əsgərlərin yerləşdiyi mövqelərin vurulduğu da qeyd olunub.
Açıqlamada həftə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən ABŞ istehsalı olan 17 HIMARS raketi, 5 Fransa istehsalı Hammer idarəolunan bomba və 752 İHA-nın vurulduğu, eyni tarixlərdə 17 Ukrayna əsgərinin əsir götürüldüyü bildirilib.