media-inshot_20251212_212623762

Qara dənizdə Rusiya və Ukrayna hərbi-dəniz qüvvələri arasında zərbələr davam edir.

Patrul.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiya Ukraynanın Odessa limanına hücum edərkən zərbələrdən biri orada hərəkətsiz qalan Türkiyəyə məxsus “Cenk Ro Ro” yük gəmisinə də dəyib.

Hücum nəticəsində gəmidə yanğın baş verib. Ölən və yaralananlar barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Hadisə yerindən yayılan görüntülərdə isə insanların bomba və silah səslərindən qaçdığı əks olunub.

Məlumata görə, vurulan gəmi Türkiyədə yerləşən “Cenk Ro-Ro” şirkətinə məxsus və Panama bayrağı altında üzən “CENK T” sərnişin və yük gəmisi olub. O, Türkiyə ilə Ukrayna arasında müntəzəm marşrutlar üzrə fəaliyyət göstərir və Qara dəniz üzərindən həm sərnişin, həm də yük daşıyır.


Bənzər xəbərlər