Rusiya: Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qəbuledilməzdir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın NATO-ya üzvlüyünün qəbuledilməz olduğunu bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna böhranının kök səbəblərinin aradan qaldırılmalı olduğunu vurğulayan Zaxarova, səbəblərin tamamilə aradan qaldırılmadığı müddət ərzində məsələnin uzunmüddətli həllinin mümkün olmayacağını bildirib. Hətta əks halda yenidən münaqişənin başlaya biləcəyi də vurğulanıb. Eyni zamanda Zaxarova Ukraynanın NATO-ya daxil edilməsinin Rusiya üçün qəbuledilməz olduğunu vurğulayıb.