Rusiyadan sülh danışıqları ilə bağlı bəyanat: NATO qarşısını almağa çalışır
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Lavrov Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasda çıxış edən Lavrov G20 toplantısının nəticələrindən razı qaldığını qeyd edib və bildirib ki, Qərbin G20 gündəmini Ukraynaya çevirmək cəhdləri uğursuzluğa düçar oldu.
Ehtiyacı olan ölkələrə dəstək verilməsinin vacibliyinə diqqət çəkən Lavrov Ukraynaya yüz milyardlarla dollarlıq hərbi dəstək verildiyini bildirib.