Rusiyadan “Zoom” və “Pinterest”-ə 27 milyon rubl cərimə
Rusiyada “Zoom” və “Pinterest” istifadəçilərin məlumatlarını ölkədə lokallaşdırmadıqları üçün ümumilikdə 27 milyon rubl (təxminən 300 min dollar) cərimələnib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, “Zoom” və “Pinterest”ə qarşı açılan iddiaya paytaxt Moskvada baxılıb. Sözügedən platformalardakı istifadəçilərin məlumatlarının Rusiyada lokallaşdırılmaması səbəbiylə qanunlara əməl edilmədiyi qənaətinə gələn məhkəmə, “Zoom”-a 15 milyon rubl, “Pinterest”-ə isə 12 milyon rubl cərimə ödəməyə məcbur edib.