media-img_0850

Bəzi insanlar gündəlik həyatlarını bürclərə uyğunlaşdıraraq planlayır, çünki astroloji düşüncələr onlara qərar verməkdə istiqamət və rahatlıq hissi verir. 

Bəs niyə insanlar bürclərə etimad göstərərək günlərini belə müəyyənləşdirirlər?

Bu mövzu ilə bağlı Patrulaz.az-a açıqlama verən Pisixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki,insanlar qeyri-müəyyənliyi azaltmaq üçün bürclərə inanır:

“İnsan psixologiyası təbiətən qeyri-müəyyənlikdən narahat olur. Astrologiyaya və bürclərə inam da məhz bu narahatlığın kompensasiya mexanizmidir. Yəni insan həyatında nəzarət hissini qorumağa çalışır. Sabah nə baş verəcəyini bilmək, qərarlarına yön vermək istəyir. Astrologiya isə ona simvolik şəkildə “yol xəritəsi” təqdim edir”.

media-inshot_20251103_211540345

Psixoloq bildirir ki, bürclərə inanmaq insanlara psixoloji rahatlıq və özünüanlama imkanı verir:

“Digər tərəfdən, bürclər insanın özünü anlama və kimliyini təsdiqləmə vasitəsinə çevrilib. “Mən X bürcüyəm, deməli belə davranmağım normaldır” kimi düşüncələr psixoloji rahatlıq yaradır. Bütövlükdə elmi nöqteyi-nəzərdən bürclərin insan xarakterinə və taleyə təsiri sübut olunmasa da, onların psixoloji təsiri, yəni inanc və özünüidentifikasiya mexanizmi kimi rolu realdır. İnsan inananda beyin o inanca uyğun emosional və davranış reaksiyası yaradır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər