media-inshot_20260210_092414966

Sabiq millət vəkili Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək.

Patrul.az xəbər verir ki, bu barədə mərhumun qızı, deputat Günay Ağamalı paylaşım edib.

Onun sözlərinə görə, vida mərasimi fevralın 10-u saat 12:00-da Bakıda Heydər məscidində təşkil olunacaq.

“Dəfn mərasimindən sonra Heydər məscidində hüzr mərasimi keçiriləcək. Mərhumun 3 və 7 mərasimləri isə fevralın 12-də saat 11:00-dan 15:00-dək Heydər məscidində baş tutacaq” – paylaşımda qeyd edilib.

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən F.Ağamalı müalicə məqsədilə qızı Günay Ağamalı və nəvəsi ilə birlikdə Türkiyəyə gedib. O, Ankarada qaldığı oteldə ürəktutması nəticəsində vəfat edib.

Xatırladaq ki, Fəzail Ağamalı Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırışlarının deputatı olub. O, 35 il Ana Vətən Partiyasının sədri kimi fəaliyyət göstərib. Mərhumun 79 yaşı var idi.

Allah rəhmət eləsin.

media-screenshot_20260210_093724_whatsapp


Bənzər xəbərlər