Sağa dönmək üçün ayrılan zolaq park yerinə çevrildi - VİDEO
Bakı şəhərində, “Şamaxinka” dairəsi yaxınlığında yerləşən “Imperial” şadlıq sarayının qarşısında yol hərəkətinin təşkilində ciddi problem müşahidə olunur.
Patrul.az bildirir ki, dəyişiklikdən sonra yolun sağ zolağı yalnız sağa dönən nəqliyyat vasitələri üçün nəzərdə tutulsa da, bəzi sürücülər həmin hissədə avtomobillərini saxlayaraq şəxsi işləri ilə məşğul olurlar.
Nəticədə sağ zolaq faktiki olaraq bağlanır və bu da ərazidə süni tıxacın yaranmasına səbəb olur. Sürücülər bildirirlər ki, bu cür hallar həm hərəkətin sürətini azaldır, həm də digər avtomobillərin təhlükəsiz hərəkətinə maneə yaradır.
Günay Salayeva






