media-375bfb8c-cadb-45a1-a9a1-0284bc6f5e86

“Sağlam həyat tərzi dedikdə insanın yaşına, cinsinə, gündəlik fiziki aktivliyinə görə qəbul etdiyi qidaların miqdarı, xüsusilə də sağlamlıq sağlamlığa zərər vura biləcək amillərdən uzaq durmaq nəzərdə tutulur”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

media-c1d9fbeb-d78c-49a2-8c92-dd6c1044a3ce
O bildirib ki, sağlam həyat tərzi üçün stresdən də uzaq durmaq vacib şərtdir: “sağlam həyat tərzində qidalanma ilk şərtlərdən biri hesab olunur. Belə ki, qidalanmada makro və mikro elementlərin yer aldığı qida rasionundan istifadə etməliyik. Eyni zamanda zərərli, rəf ömrü uzun olan qidalardan da uzaq durmaq vacibdir.
Fiziki aktivlik zamanı əzələləri gücləndirməklə yanaşı, ürək-damar sistemini gücləndirən idmanlara da üstünlük verməliyik. Həmçinin yuxu rejimi də sağlam həyat tərzinin şərtləri sırasındadır. Belə ki, axşam saat 23:00-dan sonra kəsintisiz 7-8 saat yuxu insan orqanizminin sağlamlığı üçün mühüm faktordur.
Zərərli vərdişlərdən də uzaq durmaq sağlam həyat tərzini şərtləndirir”.


Bənzər xəbərlər