Sahil bağında avtomobilin yandığı əraziyə FHN və Polis əməkdaşları cəlb olunub - VİDEO
Sahil bağında baş verən avtomobil yanması hadisəsi ilə əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və polis qüvvələri cəlb edilib.
Patrul.az-ın məlumatına görə, ərazi dərhal nəzarətə götürülərək təhlükəsizlik tədbirləri təmin olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb. Lakin görülən tədbirlərə baxmayaraq, avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.






