Şahin Şxlinski barəsində həbs qərarı verildi
Azərbaycan diaspor rəhbəri Şahin Şıxlinski Moskvada qiyabi həbs edilib
Patrulaz.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində Moskvada qiyabi həbs qərarı çıxarılıb.
Məlumata əsasən, iyulun 18-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Hazırda Şıxlinski Yekaterinburq şəhərində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılır.
İlkin ittihamlara görə, o, Fehruz Şirinovu öldürməyə cəhddə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilir.
Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edir.






