media-08555fc2-6711-4107-9e80-85f97f4d7a63

Patrul.az xəbər verir ki, Samux rayonu Çobanabdallı kəndinin sakinləri həm qəlb zənginliyi, həm də insanlığa örnək olan bir təşəbbüsə imza atıblar. Kənddə insanlar vəfat etmiş qohumlarının xatirəsini adət-ənənəyə uyğun ehsan süfrələri açmaqla yad etmək əvəzinə, daha faydalı bir yol seçiblər. Sakinlər qərara gəliblər ki, dünyasını dəyişmiş şəxslərin adına yeməklər bişirib geniş ehsan məclisləri təşkil etməkdənsə, kənd yollarının təmirinə vəsait ayırmaq daha savab və faydalı işdir.

Yas sahibləri gələn qonaqları sadə çay süfrəsi ilə qarşılamağı daha məqsədəuyğun hesab edirlər. Ümumilikdə, Samux rayonunda dəbdəbəli yas mərasimləri keçirilmir.

Bu davranış həm insanlıq, həm də həmrəylik ruhunun təcəssümü kimi diqqət çəkir. Kənd sakinlərinin bu əməli göstərir ki, xatirəni yaşatmaq yalnız sözlə deyil, əməl ilə də mümkündür. Çəkilən hər yol, qoyulan hər daş sevginin, hörmətin və xatirəyə verilən dəyərin ifadəsidir.

Çobanabdallı sakinlərinin bu təşəbbüsü cəmiyyət üçün nümunə sayıla bilər. Bu addım bir daha sübut edir ki, insanlıq və xatirəyə hörmət sadə, lakin dərin məna daşıyan əməllərdə təcəssüm olunur.


Bənzər xəbərlər