17.02.2024-cü il tarixində “Bolmart” super marketindən alınan “Sandora” təbii meyvə şirəsinin istifadəyə yararsız olduğu məlum olub. Belə ki, meyvə şirəsini içmək üçün stəkana süzən alıcı, suyun üzünə yığılan çirkli görüntüdən şübhələnərək meyvə şirəsinin qablaşdırmasının üst hissəsini kəsib. Şirənin içərisindən ən çıxan kif qalıqları alıcını şübhələrində haqlı çıxarıb.

Patrulaz.az-a daxil olan məlumatda, endirimli qiymətlə satılan bu məhsulun satıldığı tarixdə, istifadə müddətinin bitməsinə hələ 8 ayın olduğunun qeyd edildiyi bidlirilib. Lakin endirimlə satılması və içindən çıxan kiflər onu göstərir ki, məhsul düzgün şəraitdə saxlanılmayıb, ya da istehsal tarixinə sonradan müdaxilə olunub.


Bənzər xəbərlər