Səbaildəki yanğında polis sakinin tüstüdən zəhərlənməsinin qarşısını belə aldı - VİDEO
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Patrul.az-ın ərazidən yayımladığı yeni görüntülərə əsasən, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı, polis qüvvələri də sakinlərin təxliyəsində fəal iştirak ediblər.
Görüntülərdə polis əməkdaşlarının tüstü ilə dolmuş mənzillərdə qalan sakinləri xilas etməyə çalışdığı əks olunub. Belə ki, polis əməkdaşlarından biri özünə məxsus əleyhqazı vətəndaşa verərək onun tüstüdən zəhərlənməsinin qarşısını alıb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən tədbirlər görülür.






