media-inshot_20251205_184722280

Son günlər blogerlərin məşhur şəxslərlə sosial şəbəkədə baş tutan söz davaları artmaqda davam edir. 

Patrul.az xəbər verir ki, bunlardan biri “Ayaprima” adı ilə tanınan Aygül Quliyeva ilə müğənni Şəbnəm Tovuzlu arasında yaşanan qalmaqaldır.

Belə ki, Tarix Əliyevin aparıcılıq etdiyi “Tarixin Bir Günü” verilişinə müğənni Şəbnəm Tovuzlunun qadın mühafizəçilərlə gəlişi bloger A.Quliyeva tərəfindən sosial şəbəkədə sərt tənqid olunub.

A.Quliyeva müğənninin ünvanına bu fikirləri səsləndirib:

“Sən Şakirasan, Cey Losan? “Kabluk”da gəzə bilmirlər, elə “oxrana”yla gəzirlər. Yüz faiz bunu kimdəsə görüb, yaxud Qəddafi də o vaxt qızlarla gəzirdi. Düzdü, onun axırı yaxşı olmadı. Yəqin bunu bilmir. Bir insan niyə bunu etsin?”.

Bloger bundan sonra həmin videosuna Şəbnəm Tovuzlunun baxdığını və ona təhdid dolu səslər göndərdiyini iddia edib:

“Kritika götürə bilmirsiz, niyə müğənni olursuz? Bilmirik bu tayfa problemi necə həll edir? Şantajla. Şantaj edir məni ki, sənə bu qədər vaxt verirəm ki, o videonu sil. Mən videonu silən deyiləm. Ola bilsin, özü sildirsin. Məni profilimi bağlatdırmaqla şantaj edir. Profilimi bağlatdırsalar da, 2 həftə sonra açıldı. Bu mənim üçün problem deyil. Videonu təzə gördüyündən birinci səsləri əsəbi atıb. Axırıncı səslərin isə niyə mülayim olduğunu bilmirəm”.

Xatırladaq ki, müğənni Şəbnəm Tovuzlu noyabrın 19-da “Tarixin Bir Günü” verilişinə 2 qadın cangüdəni ilə birlikdə gələrək diqqət çəkmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər