media-0cd17c67-a9dc-452e-bb74-a89504f7e2e8

6 saylı Uşaq evi sosial xidmət müəssisəsinin valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş sakinlərinin Şəki Şəhər Rayon Polis Şöbəsinə ekskursiyası təşkil edilib.

Patrul.az xəbər verir ki, yeniyetmələr əvvəlcə xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlarla tanış olublar. Onlara polisin gündəlik xidməti fəaliyyəti, eləcə də ictimai asayişin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə görülən işlər barədə məlumat verilib.

Həmçinin şöbənin inzibati binasında xidməti otaqlarla tanışlıq olub, polis əməkdaşları iş prosesi ilə bağlı yeniyetmələri maraqlandıran sualları cavablandırıblar.

Sonda qonaqlar Polis Akademiyasındakı tədris prosesini əks etdirən videoçarxı izləyiblər.

media-a4513a21-4273-4b87-99b2-5d90f5e4736d media-41d7f29d-bdc2-41ab-8cd7-e0c838b38a1d media-bc8c7fd7-6d06-4718-a531-794cfd7c1ff5 media-e6c082e4-d867-4950-847d-ebd48ad8ed84 media-31788699-06aa-46f7-8770-b0e9304a2b96 media-0cd17c67-a9dc-452e-bb74-a89504f7e2e8 media-e3cf0561-4ab1-4e45-ba78-a16f6ce36cab


Bənzər xəbərlər