Səkini tam tutan “Lexus” piyadaları yola çıxmağa məcbur etdi
Babək prospekti 44 A ünvanında 10-UC-029 dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyada səkisinin üzərində saxlayaraq hərəkət zolağını demək olar ki, tam şəkildə bağlayıb. Patrul.az-a fotonu təqdim edən izləyicinin sözlərinə görə, hadisə 26.11.2025-ci il, saat 13:34 radələrində qeydə alınıb.
Sakinlər bildirir ki, belə hallarda piyadalar, xüsusilə yaşlı insanlar və uşaqlar, məcburən yola çıxaraq avtomobillərin hərəkət etdiyi hissədən keçməli olurlar ki, bu da təhlükə riskini artırır.
Qeyd edək ki, səkilərin avtomobillər tərəfindən zəbt edilməsi həm qayda pozuntusu, həm də piyada təhlükəsizliyinə ciddi təhdiddir. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini xahiş edirlər.






