Səlyanda antisanitar vəziyyət: sakinlər məcbur qalıb tullantıları yol kənarına atır - VİDEO
Patrul.az redaksiyasına müraciət edən vətəndaş videogörüntü təqdim edərək Səlyan rayonu ərazisində yerləşən Stansiya deyilən ərazidə antisanitar vəziyyətin hökm sürdüyünü bildirib.
Müraciətdə qeyd olunur ki, ərazidə zibil yeşiklərinin olmaması səbəbindən sakinlər məişət tullantılarını yol kənarına atmağa məcbur qalırlar. Nəticədə ətraf mühit çirklənir, xoşagəlməz qoxu yaranır və bu hal həm sakinlər, həm də ərazidən keçənlər üçün ciddi narahatlıq doğurur.
Sakinlər aidiyyəti qurumlardan əraziyə zibil konteynerlərinin yerləşdirilməsini və mütəmadi təmizliyin təmin olunmasını xahiş edirlər.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.






