Səmada ortayan çıxan "UFO buludları" görənləri təəccübləndirdi - FOTOLAR
Polşadan-Macarıstan səmasında ortaya çıxan mənzərə görənləri heyrətə gətirib.
Patrulaz.az sosial şəbəkələrdə yayılan fotalara əsasən xəbər verir ki, Polşadan Macarıstana gedən avtomobil yolunda göy üzündə çəkilən fotoda möhtəşəm bulud formaları əks olunub.
Görüntülər nadir atmosfer hadisəsi kimi qiymətləndirilib və sosial şəbəkələrdə maraqla qarşılanıb. Mütəxəssislər bu mənzərəni lentikulyar buludların yaranması ilə əlaqələndiriblər. Adətən dağlıq ərazilərdə müşahidə edilən bu buludlar öz qeyri-adi formalarına görə tez-tez “UFO buludları” kimi də adlandırılır.







