media-inshot_20251104_125123575

Serbiya Superliqasında oyun zamanı “Radniçki” klubunun baş məşqçisi, bosniyalı mütəxəssis Mladen Žižović qəfil həyatını itirib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, “Mladost” – “Radniçki” matçının 22-ci dəqiqəsində ehtiyat oyunçular skamyasında huşunu itirən 45 yaşlı çalışdırıcı yerə yıxılıb. Hadisədən dərhal sonra görüş dayandırılıb və təcili tibbi yardım çağırılıb.

Žižović stadiondan xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Şahidlərin sözlərinə görə, tibb işçiləri arenaya çatanda məşqçinin vəziyyəti artıq çox ağır olub, dərisinin rəngi mavi-qara çalara dönüb. Bildirilir ki, o, oyunöncəsi nahar zamanı özünü yaxşı hiss etmədiyini, ürək bulanması yaşadığını deyib.

Mladen Žižović kim idi?

1980-ci il dekabrın 27-də Bosniya və Herseqovinanın Roqatica şəhərində anadan olan Žižović futbolçu karyerası ərzində Radnik Bijeljina, Rudar Ugljevik, Zrinjski Mostar, Tirana, Borac Banja Luka və Mladost Rogatica kimi klubların formasını geyinib.

2008-ci ildə Bosniya və Herseqovina millisinin heyətində 4 oyunda meydana çıxıb.

Məşqçilik fəaliyyətinə 2017-ci ildə “Radnik Bijeljina”da başlayan bosniyalı mütəxəssis daha sonra “Zrinjski Mostar”, “Sloboda Tuzla” və “Borac Banja Luka” kimi klubları çalışdırıb. O, bu ilin oktyabrın 23-də “Radniçki”nin sükanı arxasına gətirilmişdi.


Bənzər xəbərlər