Səudiyyə Ərəbistan: Putin və Tramp zirvəsinə ev sahibliyi etməkdən məmnun olarıq
Səudiyyə Ərəbistan Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın görüşəcəyi sammitə ev sahibliyi etməkdən məmnun olacağını bəyan edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada fevralın 12-də Putin və Tramp arasında telefon danışığının təqdir edildiyi bildirilib. Açıqlamada Putin və Trampın Səudiyyə Ərəbistanda görüşəcəyi sammitin keçirilə biləcəyinə diqqət çəkilib.
Bəyanatda Səudiyyə Ərəbistanın Rusiya ilə Ukrayna arasında daimi sülhün əldə edilməsi üçün səylərini davam etdirəcəyi vurğulanıb və iki ölkə arasında böhranın başladığı gündən bəri sülh üçün səylərini davam etdirdikləri diqqətə çatdırılıb.