media-67b430bc5a62a54cdfeba7b9

Şimali Koreya ABŞ-ın nüvəsizləşdirmə məqsədinin mümkünsüz olduğunu bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya ABŞ dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Takeşi İvaya və Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul arasında Almaniyada keçirilən üçtərəfli görüşə sərt reaksiya verib . Şimali Koreya Xarici İşlər Nazirliyinin üçtərəfli görüşdən sonra yaydığı bəyanatda deyilir: “Biz ABŞ, Yaponiya və Cənubi Koreyanın Koreya yarımadası və onun ətraf ərazilərində münaqişə ehtimalına səbəb olan avantürist və axmaq hərəkətlərindən ciddi şəkildə narahatıq duyuruq. Xəbərdarlıq edirik ki, düşmən ölkələrin hər hansı təxribatı böyük və qətiyyətli cavabla qarşılanacaq” – deyə, bildirilib.

Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Takeşi İvaya və Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul üçtərəfli görüş keçirib. Görüşdən sonra verilən birgə bəyanatda tərəflərin Şimali Koreyanı tamamilə nüvəsizləşdirmək əzmində olduqlarını təkrarladığı vurğulanıb. Məlumata görə, nazirlər Şimali Koreyanın nüvə silahı və raket proqramı  Rusiya ilə hərbi əməkdaşlığı ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər .


Bənzər xəbərlər