media-inshot_20260422_202722226

Bakıda IX sinif şagirdinin sinif yoldaşına ağır xəsarətlər yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesində qərar verilib.

Patrul.az xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində yeniyetmə barəsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə hadisəni törətməkdə ittiham olunan məktəbli barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə aprelin 20-də paytaxtın 286 nömrəli tam orta məktəbində baş verib. Məlumata görə, 2010-cu il təvəllüdlü IX sinif şagirdi, sinif yoldaşı olan 2011-ci il təvəllüdlü yeniyetmənin üzərinə spirt tökərək onu alışqanla yandırıb.

Ağır yanıq xəsarətləri alan 14 yaşlı yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib. Hazırda o, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinin reanimasiya şöbəsində müalicə olunur. Həkimlərin verdiyi məlumata görə, xəstənin bədəninin 66%-i (sifət, baş, gövdə və ətraflar) dərin yanıq xəsarətləri alıb. Zərərçəkəndə həmçinin ağırlaşma olaraq böyrək çatışmazlığı fəsadları müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Bənzər xəbərlər