"Şir həmişə şirdir" - İsrail əsgərləri Azərbaycan meyxanası ilə rəqs etdilər VİDEO
İsrail əsgərləri Azərbaycan meyxanası sədaları altında rəqs edərək əyləniblər.
Patrulaz.az “Oxu.az”a istinadən xəbər verir ki, yayılan videoda İsraildə yerləşən hərbi bazalardan birində çəkildiyi ehtimal olunan kadrlar yer alıb. Kadrlarda israilli hərbçilərin məşhur “Şir həmişə şirdir, mənim qərdeşim!” meyxanasının ritmlərinə qoşularaq coşqu ilə rəqs etdikləri və səmimi şəkildə əyləndikləri görünür.
İzləyicilər görüntüləri həm təəccüblə, həm də qürurla qarşılayıblar. Şərh bölməsində istifadəçilər bu səhnəni “mədəniyyətin gücünə” örnək kimi qiymətləndiriblər.
Qeyd edək ki, meyxana Azərbaycan musiqi və poeziyasının qədim və özünəməxsus improvizasiya janrıdır. Onun xarici ölkədə bu cür maraqla oxunması beynəlxalq maraq doğurub.






