media-photo-output

Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, “Metropark” yaxınlığında yerləşən “Sizin Mənzil” MTK-nın ətrafı uzun müddətdir zibillik vəziyyətindədir. Sakinlər eyvana çıxdıqda xoşagəlməz qoxu və antisanitar şəraitlə qarşılaşırlar.

Qiymətlərin ucuz olmadığı bu MTK-da vətəndaşların yüz minlərlə vəsait ödəyərək aldıqları mənzillərdən belə bir görüntünün yaranması yolverilməzdir. Ərazidəki antisanitar şərait həm sakinlərin gündəlik rahatlığına mənfi təsir göstərir, həm də onların sağlamlığı üçün ciddi risk yaradır.

Ümid edirik ki, müvafiq qurumlar məsələ ilə bağlı operativ tədbirlər görəcəklər.


Bənzər xəbərlər