media-inshot_20251021_171907466

Las-Veqasda turist qadın yuxudan oyananda dırnaqlarının bir neçəsinin yoxa çıxdığını görüb.

Patrulaz.az “Nexta Live”a istinadla xəbər verir ki, turist səhər oyananda otağın qapısı altında siçovul nəcisi və cızıq izləri aşkarlayıb.

Araşdırma zamanı məlum olub ki, qadın yatarkən otağa daxil olan siçovul onun barmaqlarını dişləyib. Pilləkənlərin altında aparılan yoxlama zamanı isə qadının dırnaqları siçovul yuvasında tapılıb.

Məlumata görə, hadisədən əvvəl qadın spirtli içki qəbul etdiyindən dərin yuxuda olub və buna görə də heçnə hiss etməyib.


Bənzər xəbərlər